İnsanlara hürriyət, millətlərə istiqlal!

Honkonq ABŞ-nin rüsum qərarından ÜTT-yə şikayət edəcək

ABŞ-nin Honkonq məhsullarının idxalına 10 faiz rüsum tətbiq etməsi qərarı ilə əlaqədar ölkə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək.

“Report” Çin mediasına istinadən xəbər verir ki, bu barədə Honkonq hökuməti bu gün bildirib.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın elan etdiyi tədbirlər ÜTT qaydalarına son dərəcə ziddir və şəhərin ayrı olan gömrük ərazisi statusuna məhəl qoymur.

"Honkonq hökuməti öz qanuni hüquqlarını qorumaq üçün ÜTT-nin mübahisələrin həlli mexanizminə uyğun olaraq ABŞ-nin əsassız tədbirlərinə qarşı prosedurlara başlayacaq", - hökumət nümayəndəsi bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR