İnsanlara hürriyət, millətlərə istiqlal!

Hofrayterin xoflanması – Alman deputat Azərbaycana sanksiya tələb edir

Xəbərin ilk yayımlanma zamanı - 14:38

Almaniya Bundestaqının Avropa Məsələləri Komitəsinin rəhbəri Anton Hofrayter Avropa İttifaqını “Qarabağ ətrafındakı vəziyyətlə əlaqədar” Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Hofrayter Azərbaycanla qaz tədarükü ilə bağlı müqavilələrə dərhal yenidən baxılmalı olduğunu bildirib. Onun fikrincə, Avropa İttifaqı Bakıya qarşı cəza tədbirləri ilə bağlı ən qısa zamanda qərar qəbul etməlidir”.

Azərbaycanla razılaşdırılan qaz tədarükü barədə danışan siyasətçi “Rusiya ilə münasibətlərdə yol verilən səhvləri təkrarlamamalı və enerji asılılığına düşməməliyik” deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR