İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hizbullah" təmsilçisi ÖLDÜRÜLDÜ

İsrailin Beyrutun sıx məskunlaşdığı ərazidə binaya endirdiyi zərbə nəticəsində Livan "Hizbullah" hərəkatının media ilə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Afif ölüb.

Musavat.com bildirir ki, bu barədə "Reuters" iki Livan təhlükəsizlik mənbəsinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, İsrail ordusu "Reuters"in suallarına cavab olaraq şərh verməkdən imtina edib. Zərbənin İsrailin bombardmanları nəticəsində Beyrutun cənub ətrafını tərk etmək məcburiyyətində qalan çoxlu sayda insanın sığınacaq axtardığı Ras əl-Nabaa bölgəsinə dəydiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR