İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hizbullah” komandirlərindən biri öldürülüb

İsrailin pilotsuz uçuş təyyarəsinin Livana endirdiyi zərbələr nəticəsində “Hizbullah” komandirlərindən biri öldürülüb.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, öldürülən şəxs “Hizbullah” Hərbi Hava Qüvvələrinin komandiri Əli Hüseyn Burcidir.

Bu, yüzlərlə “Hizbullah” tərəfdarının yanvarın 8-də qətlə yetirilən “Radvan” qanadının komandirlərindən biri Visam Həsən əl-Tavilin dəfn mərasimi ilə əlaqədar Xirbet Silma şəhərində matəm mitinqi zamanı baş verib.

Burci əvvəllər İdlib vilayətində quldur dəstələrinə qarşı Suriya ordusunun tərəfində vuruşan çevik reaksiya qüvvələrinə rəhbərlik edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR