İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hizbullah" buna görə İsraillə açıq münaqişədən EHTİYAT EDİR

Livandakı "Hizbullah" hərəkatı münaqişənin kəskinləşməsi fonunda ABŞ-a görə İsraillə müharibəyə girməkdən ehtiyat edir.

Musavat.com xəbər verir ki, bu fikri “Foreign Policy”nin köşə yazarı və Corctaun Universitetinin professoru Daniel Bayman deyib.

Onun sözlərinə görə, Bayden administrasiyası "Hizbullah" və İrana xəbərdarlıq olaraq Aralıq dənizinin şərqinə təyyarədaşıyan gəmi göndərir. "Hizbullah" da himayədarı İran kimi ABŞ ordusu ilə birbaşa qarşıdurmadan ehtiyat edir. Bundan əlavə, hərəkatın İsraillə münaqişəyə girməsi Livanda geniş dəstək görməyəcək.

Onun fikrincə, terrorçu qruplaşma fələstinlilərin döyüşüb ölməsinə tamaşa etməyə üstünlük verəcək, bununla da İsrailə simvolik hücum təşkil edəcək.

Müəllif hesab edir ki, İsrail hökuməti "Hizbullah"ın hərbi əməliyyatlarda iştirak etmək istəmədiyini başa düşür.

Tədqiqatçı qeyd edir ki, münaqişəyə girmək və ikinci cəbhə açmaq hərəkat üçün böyük risk daşıyır. "Hizbullah" üçün ən yaxşı seçim İsrail hədəflərinə vaxtaşırı zərbələr endirməklə Fələstini uzaqdan dəstəkləmək ola bilər. Bu yolla hərəkat öz döyüşçülərini və tərəfdarlarını qoruya, eyni zamanda HƏMAS-ın dəstəyi sayəsində etibar qazana biləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR