İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

Hindistanın bir neçə turizm şirkəti cümə günü Türkiyə və Azərbaycana bilet sifarişi qəbul etməyi dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə "Skift" nəşri məlumat yayıb.

Bu qərarlar, Hindistanın Pakistan üzərinə sonuncu hücumunu rəsmi şəkildə pisləyən Türkiyə və Azərbaycanın açıqlamalarından sonra qəbul edilib.

Bununla əlaqədar olaraq Hindistanda sosial şəbəkələrdə hər iki ölkəyə səyahətlərin boykot edilməsi çağırışları edilib. Xüsusilə, "PickYourTrail", "Cox & Kings", "EaseMyTrip", "Go Homestays" kimi şirkətlər artıq Azərbaycana və Türkiyəyə səyahətləri təşkil etmirlər.

Bundan əlavə, istirahət üçün mənzil kirayəsi təklif edən "Goa Villas" şirkəti də Türkiyə vətəndaşlarını öz ərazilərində qonaq qəbul etməyəcəklərini bəyan edib.

Sosial mediada da boykot çağırışları artıb, bir çox istifadəçi hindistanlıları Türkiyə və Azərbaycanda tətillərdən çəkinməyə çağırıb.

Nəşr yazır ki, 2024-cü ildə 243 000-dən çox hindistanlı Azərbaycana səfər edib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR