İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda zəvvarların olduğu avtobus dərəyə yuvarlandı: 25 nəfər həyatını itirdi - VİDEO

Hindistanın Uttarakhand ştatında zəvvarları daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində azı 25 nəfər həyatını itirib.

Qeyd olunur ki, qəza Himalay dağlarının ətəyində yerləşən və hindlilərin müqəddəs hesab etdikləri Yamunotri şəhərinə gedərkən yolda baş verib.

Hadisə yerinə polis və fövqəladə hallar xidmətinin xilasetmə qrupları cəlb ediliblər.

Qəza ilə əlaqədar Hindistanın daxil işlər naziri Amit Şah həlak olan şəxslərin yaxınlarına başsağlığı verib.

Mənbə: İndiatoday

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR