İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda təlim təyyarəsi qəzaya uğrayıb, ölən və yaralanan var

Hindistanın Madhya Pradeş ştatının mərkəzi hissəsində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilib ki, təyyarə təlim uçuşu zamanı məbədin günbəzinə dəydikdən sonra qəzaya uğrayıb. Nəticədə pilot ölüb, kursant pilot isə yaralanıb.

Qəzanın səbəbi hələ məlum deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR