İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı altında dələduzluq edərək aldadan Pakistanlı saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Xəbərə görə, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir nəticəsində Azərbaycan Respublikasının ərazisinə gəlmiş 3 nəfər Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb. O, guya zərərçəkənlərə Amerika Birləşmiş Ştatlarına getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib. Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir. Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR