İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan və Pakistan savaşı– Müasir tarixdə ən böyük və uzun hava döyüşü  


Hindistan və Pakistan 7 may gecəsi dünyanın ən böyük və uzun hava döyüşlərindən birini aparıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “CNN” Pakistan təhlükəsizlik xidmətlərindən alıb.

Pakistan Müdafiə Nazirliyi bildirib ki, Hindistanın beş təyyarəsi Pakistan Hərbi Hava Qüvvələri tərəfindən vurulub. CNN-in mənbələrinə görə, ümumilikdə döyüşdə 125 təyyarə iştirak edib və təyyarələr bir saatdan çox müddət ərzində bir-birinə raket atıblar. Döyüşlər zamanı, bəzən zərbələr 160 km-dən artıq məsafədən atılıb.

Maraqlıdır ki, heç bir təyyarə öz hava sərhədini tərk etməyib.

“CNN” mənbəsi bildirib ki, hər iki tərəf 2019-cu ildəki təcrübələrinə əsaslanaraq öz təyyarələrini sərhədin digər tərəfinə göndərməyiblər:

 “O dövrdə Hindistanın təyyarəsi Pakistan tərəfindən vurulmuşdu və pilotu Pakistan televiziya kanallarında göstərilmişdi. Hazırda hər iki tərəf bu cür aşağılanmadan qaçınmağa çalışır”, -deyə mənbə vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR