İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan şirkətləri Rusiya neftinin dəyərini ödəyə bilmirlər

Hindistan hökuməti şirkətlərin Rusiya neftinin dəyərini yuanla ödəmək qərarından narazıdır. Reuters agentliyinin Hindistan hökumətindəki mənbələrə istinadən verdiyi məlumata görə, şirkətlərlə rəsmilər arasındakı narazılıq ən azı 7 partiya Rusiya neftinin dəyərinin ödənməsini ləngidir.

Ödənişlər ləngisə də, hələlik hesablaşmalarda yuanın istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir məlumat yoxdur.

Agentlik bildirir ki, Hindistanın neft emalı zavodlarının nümayəndələri də mövcud vəziyyətdən narazıdırlar. Onlar Rusiyadan neftin haqqını yuanla, neft məhsullarını isə Birləşmiş Ərəb Əmirlikləri dirhəmi ilə almağa məcburdurlar.

Onlar neftin pulunu ödəmək üçün rupiləri HonqKonq dollarına, sonra yuana çevirməli olurlar ki, bu da dirhəmlə birbaşa ödənişlərdən 2-3 faiz bahadır.

Yada salaq ki, uzun illər Rusiya ilə Hindistan arasında hesablaşmalarda Amerika dollarından istifadə olunub. Sanksiyalar fonunda Moskva alternativ valyutalara, o cümlədən rubl, rupi və dirhəmlərə keçib. Lakin hesablaşmaların tamamının rupi ilə aparılması mümkün deyil. Çünki Rusiyadan Hindistana 51 milyard dollar, Hindistandan Rusiyaya isə cəmi 10,6 milyard dollarlıq ixrac var.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR