İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Rusiya neftinin alışını yenidən artırıb

Ötən ay Hindistan gündəlik 4,8 milyon barel neft idxal edib ki, bu da mart ayına nisbətən 6,5 faiz azalma, ötən ilin aprelindən bir qədər yüksəkdir.

Musavat.com Reutersə istinadən xəbər verir ki, Yeni Dehli apreldə ən çox nefti Rusiyadan alıb. Ay ərzində Hindistan neftayırma zavodları əvvəlki ayla müqayisədə təxminən 8,2 faiz çox olmaqla gündə təxminən 1,8 milyon barel Rusiya nefti tədarük edib.

Beləliklə, Hindistanın Rusiyadan neft idxalı Rusiyanın “Sovcomflot” şirkətinin sanksiya altında olmayan tankerlərində daşınmaların bərpasından sonra aprel ayında doqquz ayın ən yüksək səviyyəsinə yüksəlib. Nəticədə Rusiya neftinin Hindistanın ümumi idxalındakı payı təqribən 38 faizə çatıb (əvvəlki ayda bu, 32 faiz idi –red.).

Hazırda Rusiya Hindistana əsas neft tədarükçüsü olmaqda davam edir, ondan sonra Səudiyyə Ərəbistanı və İraq gəlir. Rusiya neftinin alışının artması Hindistan neft emalı zavodlarına İraq və Səudiyyə neftinin tədarükünün azalmasına səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR