Onlayn ictimai-siyasi qəzet
Hindistan və Pakistan pilotsuz uçuş aparatlarına (PUA) yatırımları artıraraq texnoloji qarşıdurmanın yeni mərhələsinə qədəm qoyurlar.
Musavat.сom xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, hər iki ölkə dronları döyüş aparmaq üçün effektiv vasitə kimi görür. Bu texnologiya şəxsi heyətin həyatı üçün risk yaratmadan və genişmiqyaslı eskalasiyaya səbəb olmadan taktiki məqsədlərə nail olmağa imkan verir.
Hindistan Pilotsuz Uçuş Aparatları Federasiyasının nümayəndəsi Smit Şah bildirib ki, qarşıdakı 12–24 ay ərzində Hindistan milli dron sənayesinin inkişafına təxminən 470 milyon dollar sərmayə yatırmağı planlaşdırır. Bu məbləğ son gərginlikdən əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə çoxdur.
Bundan əlavə, Hindistan hökuməti may ayında hərbi satınalmalar üçün 4,6 milyard dollar ayırmağa razılıq verib.
Bu vəsaitin bir hissəsi kəşfiyyat və döyüş dronlarının alınmasına yönəldiləcək. Təşəbbüs, ordunun modernləşdirilməsi və sərhəd zonalarında nəzarətin gücləndirilməsi məqsədi ilə qəbul olunub.
Öz növbəsində, Pakistan Hərbi Hava Qüvvələri bahalı pilotlu aviasiyadan istifadənin miqyasını azaltmaq üçün PUA parkının genişləndirilməsində israrlıdır. Əsas prioritet isə sərhəd bölgələrində birbaşa toqquşma riski olmadan fəaliyyət göstərə bilən zərbə və kəşfiyyat dronlarıdır.
London Kral Kollecindən politoloq Uolter Ladviq III hesab edir ki, hər iki ölkə PUA-ları “idarəolunan təzyiq” vasitəsi kimi görür: “Dronlar pilotlar üçün risk və genişmiqyaslı eskalasiya olmadan ölkə daxilində qətiyyət nümayiş etdirməyə, nəticələr əldə etməyə və gözləntiləri idarə etməyə imkan verir”.
Musavat.com
28 May 2025
27 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ