İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan növbəti 7 ildə dünyada neftə tələb artımının üçdə birini təmin edəcək

Hindistan yaxın illərdə neftə tələbat artımında liderlik edəcək.

Musavat.com xəbər verir ki, barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) Qoada keçirilən “Hindistan Enerji Həftəsi 2024” forumu çərçivəsində yayılan hesabatında deyilir: "Enerji keçidi sürət qazandıqca və Çin iqtisadiyyatı daha az enerji tutumlu fazaya keçdikcə, Hindistan bu onillikdə neftə tələbat artımına dünyanın ən böyük töhfə verən ölkəsi kimi çıxış edəcək. 2023-2030-cu illər proqnoz dövründə Hindistan qlobal neft tələbi artımının üçdə birindən çoxunu təmin edəcək”.

Agentliyin ekspertləri Hindistanın qlobal neft bazarlarında mövqelərinin möhkəmlənəcəyini də proqnozlaşdırırlar: “Müsbət iqtisadi artım, dinamik əhali artımı, urbanizasiya və sənayeləşmə ilə birlikdə 2030-cu ilə qədər Hindistanın qlobal neft bazarlarında rolunun sürətlə genişlənməsinə səbəb olacaq ki, bu da onun neft ticarəti balansına, iqlim ambisiyalarına və enerji təhlükəsizliyi məqsədlərinə əhəmiyyətli təsir göstərəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR