İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan ilk “Akaş” batareyasını Ermənistana yola salıb - Təyinat nöqtəsinə çatacaqmı?

Hindistan “Akaş” zenit-raket komplekslərinin ilk batareyasını Ermənistana yola salıb.

Musavat.com xəbər verir ki, məlumatı “New Indian Express” sistemlərin istehsalçısı “Bharat Electronics Limited”ə istinadən yayıb.

Məlumatda qeyd olunur ki, "Bharat Electronics Limited" Hindistanın müdafiə ixracatında əhəmiyyətli bir addım ataraq “Akaş” zenit-raket komplekslərinin ilk batareyasını “dost” ölkəyə yola salıb.

Qeyd edək ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 ədəd “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.

Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı tərəfindən hazırlanan “Akaş” sistemi, döyüş təyyarələri, qanadlı raketlər, hava-yer raketləri, pilotsuz təyyarələr və digər hava obyektlərini 25 kilometrə qədər məsafədə vura bilən yer-hava raketidir.

"Bharat Electronics Limited" tərəfindən istehsal olunan hər bir “Akaş” silah sistemi batareyası bir passiv 3D elektron skanerdən keçmiş radar və hər biri bir-birinə bağlı olan üç raketi olan dörd buraxılış qurğusu ilə müşayiət olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR