İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan 4 Avropa ölkəsi ilə 100 milyardlıq saziş imzaladı

Hindistanla İslandiya, Lixtenşteyn, Norveç və İsveçrənin daxil olduğu Avropa Azad Ticarət Assosiasiyası (EFTA) arasında iqtisadi və ticarət tərəfdaşlığı sazişi imzalanıb.

Musavat.com xəbər verir ki, mərasim Yeni Dehlidə baş tutub.

Saziş ticarət və investisiya axınının artırılması, iş yerlərinin yaradılması və iqtisadi inkişafın təmin olunması məqsədi daşıyır. Onun növbəti 15 il ərzində 4 EFTA blokundan Hindistana 100 milyard dollarlıq investisiya axınına səbəb olacağı gözlənilir.

EFTA ölkələri əczaçılıq, xüsusilə də tibbi cihazlar, kimya, qida emalı və maşınqayırma kimi sahələrdə birgə müəssisələrə sərmayə qoymağı planlaşdırırlar.

Hindistan rəsmiləri bildiriblər ki, EFTA ticarət paktı Hindistanın blokla ticarət kəsirini də azaldacaq. Hindistanın EFTA ölkələrinə ixracı 2023-cü ildə 1,87 milyard dollar təşkil edib, kimyəvi maddələr, əczaçılıq məhsulları, geyim və mirvarilər, qiymətli və yarı qiymətli daşlar kimi məhsullar üstünlük təşkil edib. 2023-cü ildə EFTA ölkələrindən Hindistana 20,45 milyard dollar dəyərində mal idxal edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR