İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyevin açıqlamaları Moldova mətbuatında HADİSƏ OLDU

Dünya mətbuatı Hikmət Hacıyevin Armen Qriqoryanın yalanını ifşa etməsindən yazır

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevin açıqlamaları dünya mediasının gündəmindədir.

Musavat.com xəbər verir ki, Moldova mətbuatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda sazişin əldə olunması ilə bağlı yalanlarını ifşa edən Hikmət Hacıyevin bəyanatına geniş yer ayırıb.

"Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi üçün beynəlxalq mexanizmlərin yaradılması ilə bağlı Vaşinqtonda əldə olunduğu iddia edilən razılaşma barədə deyilənlər yalandır" - "Noi Md" saytı prezidentin köməkçisindən sitat gətirib.

"Dosar Media" isə yazır ki, Hikmət Hacıyev Armen Qriqoryanı Vaşinqtonda beynəlxalq mexanizmlərin yaradılması ilə bağlı imzalandığı iddia edilən razılaşmaya istinad edərək yalan bəyanatlar verməkdə günahlandırır.

Moldovanın digər mətbuat orqanı "Timpul" "Hikmət Hacıyev Armen Qriqoryanı yalan danışmaqda ittiham edir" başlıqlı xəbərində Azərbaycan Prezidentinin köməkçisinin aşağıdakı açıqlamasına yer ayırıb:

“Danışıqlar zamanı hansısa məsələnin müzakirəsi o demək deyil ki, bununla bağlı razılıq əldə olunub. Sentyabrın 27-də Vaşinqtonda Ağ Evdə görüş zamanı mən bir daha bildirdim ki, Azərbaycan Qarabağda yaşayan erməni əhalinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək".

Həmçinin sözügedən məsələnin Azərbaycanın Konstitusiyası və qanunlarına əsasən, ölkəmizin daxili işi olduğu barədə Hikmət Hacıyevin dedikləri Moldova mediasında dərc olunub.

WhatsApp Image 2022-12-10 at 17.11.39.jpeg (170 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR