Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Cənubi Qafqazda yeni reallıqların yaradılmasında öz mövqeyini ortaya qoyub.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin layihəsini Azərbaycan təklif edib:
“Bakıda insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məhkəməsi gedir. Ermənistan bu məhkəməyə qarşı mənasız təbliğat kampaniyası aparır. Mühakimə olan şəxslər qanun qarşısında cavab verirlər. Onların əsir və girov adlandırılması qəbuledilməz haldır”.
Azərbaycan Prezidentinin köməkçisi eyni zamanda Ermənistanı Konstitusiyasını dəyişməyə çağırıb: "Ermənistan regionda sülh istəyirsə, Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir. Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir".
Nigar HƏSƏNLİ,
Musavat.com
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ