İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə diplomat "X" hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə iki ölkə arasında son dinamikalar və qarşılıqlı münasibətin perspektivi haqda fikir mübadiləsi aparılıb.