İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hikmət, “Əqrəb mövsümü”ndə niyə yoxsan?"

"Əqrəb mövsümü" serialının ikinci mövsümündə aktyor Hikmət Rəhimov yer almayıb.

Musavat.com xəbər verir ki, aktyor Azər Aydəmir bununla bağlı paylaşdığı videoda həmkarı H.Rəhimova "Əqrəb mövsümü 2"də niyə yoxsan? Bu sualla başımı aparıblar" sualını ünvanlayıb.

"Əqrəbdə mən yoxam, sən varsan. Bir az da sən tək ol. Amma mənim şad xəbərim var. Bizim Azərlə həmkar olduğumuz "Mən burada tək olmuşam" filmi var. Film əvvəl televiziyada, daha sonra da yutubda yayımlanacaq",- deyə, H.Rəhimov bildirib.

Qeyd edək ki, "Əqrəb mövsümü 2" fevralın 8-də yayımlanacaq. H.Rəhimov ikinci hissədə çəkilməməsinin səbəbinin istədiyi qonorar olduğunu bildirmişdi.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR