Onlayn ictimai-siyasi qəzet
Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Musavat.com xəbər verir ki, o, 1/8 finalda israilli Tohar Butbulla üz-üzə gəlib.
H.Heydərov rəqibini məğlub edərək 1/4 finala adlayıb.
***
Hidayət Heydərovun 1/4 finaldakı rəqibi müəyyənləşib.
İdmançımız bu mərhələdə kanadalı Artur Margelidonla qarşılaşacaq.
***
Hidayət Heydərov Olimpiadada 1/4 final görüşünə çıxıb.
O, kanadalı Artur Margelidonla qarşılaşıb. İdmançımız bu görüşdə ipponla qalib gəlib. O, bu mərhələdə Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq.
***
Hidayət Heydərov yarımfinalda Kosova təmsilçisi Akil Qyakova ilə qarşılaşıb. Rəqibə qalib gələn Heydərov finala vəsiqə qazanıb.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ