İnsanlara hürriyət, millətlərə istiqlal!

Hidayət Əzimov nazir müavini TƏYİN EDİLDİ - DOSYE

Müdafiə sənayesi nazirinin müavini vəzifəsinə yeni təyinat olub.

Musavat.com-un məlumatına görə, Hidayət Ağanəcəf oğlu Əzimov nazir müavini təyin edilib. MSN-nin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Yaşar İsakov məlumatı təsdiqlədi.

H.Əzimov 1985-ci ildə Bakı şəhərində anadan olub.

2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib. 2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.

2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Prezidentin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

Ailəlidir. İki övladı var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR