Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə görünür ki, iki piyada avtomobillərin intensiv hərəkət etdiyi yolun keçid olmayan hissəsindən keçməyə çalışır.
Sürücü qarşısına qəfil çıxan piyadalardan yayınmaq üçün avtomobili sola çəkməyə cəhd edir, lakin yolun sol hissəsində səkilik olduğuna görə manevr tam mümkün olmur. Nəticədə, piyadalardan biri maşının hərəkət trayektoriyasına daxil olaraq avtomobillə toqquşur.
Ağır xəsarətlər alan piyada hadisə yerində keçinib. Videoda digər piyadanın isə son anda qaçaraq canını qurtardığı müşahidə olunur.
İlkin müşahidələrə əsasən, hadisənin baş verməsinə səbəb piyadaların təhlükəsizlik qaydalarını pozaraq piyada keçidi olmayan ərazidən yolu keçməyə çalışmasıdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ