İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heydər Əliyev İli” çərçivəsində UNEC-də görülmüş işlərin yekun tədbiri keçirilib

Dekabrın 30-da “Heydər Əliyev İli" çərçivəsində UNEC-də görülmüş işlərin yekun tədbiri keçirilib.

Tədbirdə çıxış edən rektor, professor Ədalət Muradov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə UNEC-in tədbirlər planın uğurla həyata keçirildiyini bildirib. Rektor Ümummilli Liderin zəngin irsinin təbliği, tədqiqi və öyrənilməsi məqsədilə universitetin müxtəlif strukturları, tələbə təşkilatları və əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq konfransları, aktual mözvulara həsr olunan elmi müzakirələri, kitab təqdimatı və sərgiləri, eləcə də idman yarışlarını, müsabiqələri, olimpiadaları, 10 mindən çox ağacın əkildiyi ekoloji aksiyanı və müxtəlif layihələri əhatə edən 260-dan çox tədbirin keçirildiyini diqqətə çatdırıb. Prof. Ədalət Muradov Ulu Öndərin tükənməz irsinin, misilsiz xidmətlərinin, ideyalarının və dövlətçilik ənənələrinin araşdırılmasının və təbliğinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

TELTİF.jpg (118 KB)

Sonra “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş tədbirlərə həsr edilən videoçarx nümayiş olunub.

Sonda tədbirlərin təşkilində xüsusi fəallığı ilə seçilən UNEC əməkdaşları təltif olunublar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR