İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həyat yoldaşım telefonumu izləyirdi"

Müğənni Leyla Rəhimova ayrıldığı həyat yoldaşı Zaur Cəlildən danışıb.

İfaçı bu haqda "Nigar xanım" verilişində danışıb.

Leyla Rəhimova bildirib ki, birlikdə olduqları zaman həyat yoldaşı onun telefonunu izləyib:

"Həyat yoldaşım telefonumu izləyirdi. Anamla mesajlarımızı oxuyurdu. Buna razı deyildim, amma "baxma" deyə bilmirdim. Mən isə onun telefonuna baxa bilməzdim, qoymurdu".

Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. Ötən il o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, sosial şəbəkədə paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR