Onlayn ictimai-siyasi qəzet
“Qadına əl qaldırıb və qaldırmamağım sizə niyə maraqlıdır? Affekt vəziyyətində olanda olub. Bu halda olan qadın da kişiyə əl qaldırıb hətta öldürə də bilir. Bəli, belə də olur. Mən demirəm ki, hər iki halda əl qaldırmaq yaxşıdır. Sadəcə hər şeyi başa düşməyə çalışmaq lazımdır. Kim səhvsizdir ki...”
Bu sözləri repçi Elşad Xose qonaq olduğu “YouTube”da yayımlanan “AStar” layihəsinə müsahibəsində deyib.
Verilişin aparıcısı Ülvira Qarayevanın “Dolayısı ilə qadına əl qaldırmısan?” sualına Elşadın cavabı belə olub:
“Dolayısı ilə özüm bilərəm. Amma hərdən yüngülcə qalxan əl hər şeyi həll edir. Hərdən də heç balta da hər şeyi həll etmir. Lətifəsi bizdən iraq”.
E.Xose narkotik alüdəçiliyi ilə bağlı sualı belə şərh edib:
“Kim nə görmək istəyirsə onu da görür. Bu bizdən aslı deyil. Kim nə görmək istəyirsə onu da görəcək. İstəyirsən lap qızıla dön. İndi sağlamam və “top” kiməm. Mənə elə gəlir ki, sağlamam. Nisbi sağlamam. Sağlam olmaq üçün gərək əvvəldən yolunu düz tutub gedəsən. Biraz sağa-sola getdinsə sonra o getdiyin sağ-solları düzəltmək lazım gəlir. Ona görə də hamı nisbətən sağlamdır. Bu asıllıqdan qurtulmaq üçün mən güclü müalicə almamışam. Mən elə əvvəldən bilirdim ki, bunu atmaq lazımdır. Sən sağalmaq istəməyən insanı necə məcbur sağalda bilərsən? Əsas sağalmaq üçün yaranan istəkdir. O insan bunu dərk etməlidi, çatmalıdır, necəsə anlamalıdır. Sadəcə onun əvəzinə ona nəklif edirsiniz? Mən o zamanlar əvvəlki kimi etmirdim. Nə deyim sizə? Bunu edəni ölüm cəzasına məhkum olunsun? Yığışdıraq hər şeyi? Marixuannanı leqallaşdıraq? Heç olmasa dekriminallaşdıraq. (Olay)
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ