İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi təyyarə səhvən mülki əhalini BOMBALADI -  10 nəfər HƏLAK OLDU

Nigeriyada hərbi təyyarə səhvən mülki əhalinin üzərinə bomba atıb.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hücum zamanı 10 nəfər həlak olub. 

Məlumatda bildirilir ki, dekabrın 25-də hərbçilər Sokoto ştatında terror törədən silahlı cinayətkar qrupa zərbə endiriblər. İki kəndə bombalar atılıb. Hərbçilər əməliyyatın məqsədlərinə nail olunduğunu açıqlayıblar. Qubernator daha sonra dinc əhali arasında itkilər barədə məlumat verib. Dövlət orqanları araşdırma aparacaqlarına söz verirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR