İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi Hava Desant Qüvvələri komandanının təbriki rəsmi saytdan silindi - SƏBƏB

Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalının saytı Hava-Desant Qüvvələrinin komandirinin Hava-Desant Qüvvələri günü ilə bağlı təbrikini silib.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, buna komandanın özü səbəb olub.

Belə ki həmin videoda general-polkovnik Mixail Teplinski dolayısı ilə Rusiya hərbçilərinin Ukraynadakı müharibədə böyük itkilər verdiyini etiraf edib.

Teplinski təbrikində desantçıları ilə qürur hissi keçirdiyini söylədikdən sonra “artıq” cümlələr işlədib. O, müharibənin il yarımı ərzində “beş mindən çox yaralı desantın müalicədən sonra cəbhəyə qayıtdığını, üç min yarımdan çox yaralının isə cəbhəni tərk etmədiyini vurğulayıb. Beləliklə, Rusiya Silahlı qüvvələrinin önəmli qollarından sayılan Hava-Dəniz Qüvvələrinin ən azı 8,5 min yaralı olduğu bilinib.

Halbuki Rusiya Ukrayna ilə müharibədə itkilərini açıqlamır. 8,5 min yaralının etirafı isə bütün müharibə ərzində Rusiya rəsmiləri tərəfindən edilən ən yüksək göstəricidir. Ukrayna savaşında Rusiyanın desant qüvvələrinin minlərlə praşütçüsünün itki verdiyi isə heç kimə sirr deyil.

Təkcə “Mediazona” və “BBC Rusiya” Xidmətinin jurnalistləri iyulun 28-dək ən azı 1842 paraşütçünün, o cümlədən 322 zabitin öldüyünü təsdiqləyiblər. Onların arasında general-mayor Andrey Suxovetski və səkkiz polkovnik də daxil olmaqla azı 37 yüksək rütbəli zabit var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR