İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi administrasiya: Rusiya Kiyevə İran dronları ilə hücum edib

Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev şəhərinə İran istehsalı olan dron-kamikadzelərlə hücum edib.

APA “Ukrnews”-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb.

Dronlardan birinin vilayət ərazisinə düşməsi qeydə alınıb, lakin onun dəqiq yeri, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Xilasedicilər hadisə yerində çalışır.

Xatırladaq ki, dünən də Rusiyaya məxsus iki dron-kamikadze Vinnitsa vilayətinə hücum təşkil edib.

Rusiya ordusu 2 “Şahid-136” dronu vasitəsilə Vinnitsadakı Ladıjinsk İstilik Elektrik Stansiyasını vurub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR