İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərb sənayemiz üçün milyardlıq sərmayə - yeni milli silahlar... İLGİNC AÇIQLAMALAR

 

“Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı”.

Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Gələn il hərbi təyinatlı yerli istehsalın böyük dərəcədə artacağını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Gələn il həm dövlət, həm də özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq”.

Söhbət hansı hərbi məhsullardan və ya silahlardan gedir?

Emin Həsənli: “Bu görüşlər qardaşlığımızın təməlinini daha da  möhkəmləndirir”

Emin Həsənli: “Bu istiqamətdə yaxın illərdə çoxlu sayda uğurlar əldə ediləcək”

“Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirməsi” İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycanın silah idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyini söylədi: “Hər bir dövlətin güclü və müstəqil olması onun güclü ordusunun olmasından asılıdır. Ordunun da gücü mənəvi-psixoloji cəhətdən hazırlıqlı, döyüş ruhu yüksək olan əsgərdən, peşəkar hərbçidən, onun müasir silah-sursatından asılıdır. Dövlətlərin müstəqilliyi bir neçə baxımdan önəmlidir. Həm enerji asılılığının olmaması, həm də iqtisadi güc burada önəmlidir. Burada özünü silah-sursatla təmin etmək də vacib amillərdən biridir. Zaman-zaman sübut olundu ki, bəzi ölkələr özlərini öz silahları ilə təmin etmədiyinə, öz istehsalı olmadığına görə, müxtəlif istiqamətlərdən ordularını silah-sursatla təmin etməkdə çətinlik yaşadıqları üçün müharibələrdə məğlub olublar. Lazım olan vaxtı belə ölkələrə lazım olan silahlar verilməyib. Ona görə də son dövrlərdə qardaş Türkiyə dövləti öz ordusunun təminatını öz istehsalı ilə 80 faizə qaldırıb. Əvvəl bu 20% idi. Bütün bunlar da Rəcəb Tayyib Ərdoğan hakimiyyəti dövründə baş verib. Cənab prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi yaratdı. Silah istehsalı məsələsində Azərbaycanda xeyli işlər görüldü. Müxtəlif adlarda silahlar istehsal olunur. İldən-ilə bunların sayı artır. Burada son dövr istehsalı əsas götürülür. Ordumuz üçün gərəkən silahlara xüsusi diqqət ayrılır. Bu silahların bir qismi də ixrac olunur. Hesab edirəm ki, yeni bir milyard manatlıq investisiya silahların həm çeşidini, həm də keyfiyyətini artıracaq. Müasir texnologiya ilə ordumuz təmin olunur ki, bu da dünya ölkələrinin diqqətini çəkməyə bilməz. Eyni zamanda istehsal etdiyimiz silahlar var ki, bu da dünya ölkələrinin diqqətini çəkir. Azərbaycan silah idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmək istəyir. Bu istiqamətdə qardaş Türkiyə ilə də xeyli işlər aparılır. Türkiyə və İsraillə bu istiqamətdə xeyli işlər görülüb. Hesab edirəm ki, bu istiqamətdə yaxın illərdə çoxlu sayda uğurlar əldə ediləcək”. 

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi – FOTO | RealMedia.az

Səxavət Məmməd: “Azərbaycan silah bazarına daha əli güclü girəcək”

Hərbi ekspert Səxavət Məmməd Azərbaycanın bu addımının anlaşılan olduğunu söylədi: “Azərbaycanın hərbi sənaye baxımından çox ciddi potensialı var. Ölkəmiz uzun müddətdir ki, hərbi sənayeni inkişf etdirmək üçün işlər görür. Azərbaycan ilk vaxtlar hərbi sənayedə primitiv məhsullar istehsal edirdi. Bu zaman-zaman tənqid də edilirdi. Artıq Azərbaycan atıcı silahlar, mərmilər, dronlar istehsal edir. Bu silahların hazırda bazarı da mövcuddur. Hərbi sənaye çox ağır sahədir. Bu sahədə çox ciddi rəqiblər mövcuddur. Hətta deyərdim ki, Azərbaycan istehsalı olan silahların və sursatların, xüsusilə Rusiya-Ukrayna müharibəsində istifadə edilməsi ilə bağlı informasiyalar məhz rəqiblər tərəfindən mediaya sızdırılır. Dünyada baş verən proseslərə baxdıqda, açıq şəkildə hiss olunur ki, münaqişələrin sayı artacaq və müharibələrin miqyası böyüyəcək. Bu o deməkdir ki, bazar var və daha da böyük bazarlar açılacaq. Azərbaycanın silah sənayesinə yatırım etməsi anlaşılandır. Yeri gəlmişkən, Azərbaycan-Türkiyə ilə birgə dron istehsalı da edəcək. Bu o deməkdir ki, Azərbaycan silah bazarına daha əli güclü girəcək. Hesab edirəm ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe silah sənayesini inkişaf etdirməyə məcbur edir. Ukraynanı görürük. 2 ilə yaxındır müharibə gedir, Ukrayna indi silah sənayesini inkişaf etdirmək planını açıqlayır. Xaricdən silah almağa bel bağlamaq olmaz. Azərbaycanın silah sənayesini inkişaf etdirməsi dövlətin təhlükəsizliyi baxımdan da çox önəmlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR