İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər kəsin milyarder olduğu ölkənin lideri: “Afrika tezliklə şir kimi nərildəyəcək"

“Afrika artıq yatmış nəhəng deyil, o, yüksəlir və tezliklə şir kimi nərildəyəcək”.

Musavat.com xəbər verir ki, bunu Zimbabve prezidenti Emmerson Mnanqaqva Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində TASS-a xüsusi müsahibəsində deyib.

“Əlbəttə, müxtəlif Afrika ölkələri fərqli sürətlə inkişaf edir. Ancaq günün sonunda Afrikanın artıq yatan nəhəng olmadığını görə bilərsiniz. O qalxır. O, şir kimi nərə çəkəcək və kiçik, onurğasız dövlətlər qorxacaq”, - Zimbabve lideri bildirib.

Qeyd edək ki, Zimbabve nəinki Afrikanın, eləcə də dünyanın ən kasıb ölkələrindən biridir. Bu ölkənin valyutası (dollar adlanır) o qədər dəyərsizdir ki, adi bir yumurtanın qiyməti 1 milyard dollardan çoxdur. Bununla əlaqədar olaraq beynəlxalq aləmdə belə bir zarafat var ki, Zimbabvedə hər kəs dollar milyarderidir, sadəcə, yerli dollarla.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR