Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında müxalifətə yönəlik sərt mesajlarını davam etdirib.
Musavat.com-un xəbərinə görə, o bildirib:
“Türkiyədə zəlzələ kimi bir fəlakətdən istifadə edərək hökuməti devirməyə çalışanları əsla unutmadıq. Həm millətimiz, həm də dövlətimiz lazımi anlarda hesab sormaq üçün yaddaşında saxlayıb. Onların hesabı hüquq və məhkəmə önündə, legitim əsaslarla sorulacaq.
Qardaşlığımıza edilən hücumlar cəzasız qalmayacaq. Türkiyə iqtisadiyyatına yönəlik sabotaj çağırışlarının da hesabı sorulacaq”.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ