Onlayn ictimai-siyasi qəzet
Yanvarın 3-nə keçən gecə 2024-cü ilin ilk meteor yağışı gözlənilir. Həmin gün "kvadrantidlər" kimi tanınan meteor seli müşahidə olunacaq.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Planetariumunun (Rusiya) Mətbuat Xidməti məlumat yayıb.
Astronomlar bir saat ərzində 120-yə qədər meteorun görünə biləcəyini proqnozlaşdırırlar.
Beynəlxalq Meteor Təşkilatının proqnozlarına əsasən, aktivliyin pik olduğu gecə saatda 120-yə qədər meteor müşahidə oluna bilər ki, bu da açıq səmada dəqiqədə təxminən bir-iki meteor təşkil edir.
"Ulduz yağışı"nı müşahidə etmək üçün ən uyğun vaxt gecənin ikinci yarısı hesab olunur.
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ