İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmkarından polisə şikayət edən aparıcı işdən çıxarıldı

Bir müddət əvvəl "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu ilə qalmaqal yaşayan Ellada Eyvazova "MTV Azərbaycan"dakı işindən azad olunub.

Bu barədə OLAY-a aparıcı özü məlumat verib. Ellada bildirib ki, səbəbsiz şəkildə "10-da görüşək" verilişinin heyətindən çıxarılıb.
Ətraflı

Xatırladaq ki, Ellada Eyvazova həmkarı Zaur Nəbioğlundan bir neçə gün öncə polisə şikayət etmişdi. Bununla bağlı Ellada sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada məlumat verib.

Onun hüquq mühafizə orqanlarına şikayət etməsinin səbəbi ötən həftə "Rəngarəng səhər" verilişində qonaq olduğu zaman proqram aparıcısının söylədiyi "Ellada verilişdən çıxandan sonra əyləşib müğənni Pünhan Piriyevin avtomobilinə və bərabər gediblər çay içməyə" sözlər olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR