İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həmişə məni döyüb” - Fatimədən etiraf

"Qardaşımla ömür boyu yola getməmişik. Həmişə məni döyüb. Sözə qulaq asmırdım. Qapını bağlayırdılar, pəncərədən qaçırdım. Pəncərəni bağlayırdılar, qapıdan qaçırdım".

Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Həftənin qonağı" verilişində deyib. Sənətçi qardaşının onun döyməsindən danışıb:

"Aktiv uşaq olmuşam. Ailəm istəyirdi ki, evdə oturum, dərs oxuyum, yemək bişirim. Amma mən elə olmamışam. Xəyal qurdum ki, qardaşım getsin başqa şəhərdə yaşasın. Elə də oldu. O hazırda Amsterdamda yaşayır. Bir ara bir-birimizdən küsmüşdük. Görürsən ki, o, yenə də qarışır işlərimə.

Neçə ildir məni görmürdü. Onunla konsertə getmişdim. Məni görüb deyir ki, bu nə dodaq boyasıdır çəkmisən. Dedim ki, artıq böyük xanımam və özüm boyda qızım var. Sən nə danışırsan? O ailəsində bu xasiyyətini göstərmir. Məhz mənə qarşı belədir"./Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR