Onlayn ictimai-siyasi qəzet
Deputat Ceyhun Məmmədov Milli Məclisin iclasında çıxış edərkən bildirdi ki, sabah Azərbaycan xalqı müasir tarixinin ən qürurlu və şərəfli günlərindən birini qeyd edəcək.
“15 iyun Azərbaycan xalqının faciələrdən, dağılmaqdan, müstəqilliyini itirməkdən, məhv olmaqda xilas günüdür. Azərbaycanın müasir müstəqillik tarixini bir neçə mərhələyə bölsək, həmin dövrü Azərbaycan tarixinin ən ağır günlərindən biri kimi xarakterizə edilməlidir. Həmin ağır gündə bütün Azərbaycan xalqının gözü Naxçıvana, Ulu öndərə dikilmişdi. Azərbaycanı yalnız Ulu öndər xilas edə bilərdi. O həyatını riskə ataraq Azərbaycanı oddan-alovda xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə Azərbaycanı bütün müsibət və faciələrdən xilas etdi”, -C.Məmmədov bildirdi.
Deputat qeyd etdi ki, Ulu öndərin böyük xidməti həm də özündən sonra Prezident İlham Əliyev kimi şəxsiyyətin yetişdirilməsidir: “Ulu öndərin xidmətləri çoxdur. Onlardan biri də ölkəmizdə dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunmasıdır”.
E.Paşasoy,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ