İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS Brüsseldə keçirilən görüşə dair bəyanat yaydı

Avropa ölkələri İsrailin Fələstin xalqına qarşı təcavüzünə son qoyulması üçün açıq şəkildə çıxış etməli və bizim müstəqil dövlət yaratmaq hüququmuzu dəstəkləməlidir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatı Avropa İttifaqı və Fars körfəzinin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası sammitinin yekunlarına dair qəbul edilmiş bəyanatı şərh edərkən bildirib.

Qeyd edilib ki, Avropa dövlətləri, xüsusən də İsraili Qəzzada Fələstin xalqına qarşı istifadə edilən silahlarla təmin edən dövlətlər İsrail hakimiyyətini anklav sakinlərini öldürməyi dayandırmağa məcbur edən dəqiq qərar qəbul etməli və İsrailin hücumlarını dayandırmaq üçün tədbirlər görməlidirlər. Liderlər bu müharibənin başlamasına görə məsuliyyət daşıyırlar”, - hərəkatın Telegram kanalında dərc olunmuş xüsusi bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, Qəzza sərhədində nəzarət-buraxılış məntəqələrinin açılması, anklavın əhalisinə humanitar yardımın çatdırılması və atəşkəs üçün Brüsseldə keçirilən görüşün yekun sənədində yer alan çağırışlar “konkret addımlar və hərəkətlər tələb edir. Bu, İsrail tərəfini hərbi əməliyyatları dayandırmağa və beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərarları yerinə yetirməyə məcbur etmək məqsədi daşıyır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR