Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın administrasiyasının səlahiyyətli şəxsləri xarici tələbələrin Fələstinin HƏMAS radikal hərəkatını fəal şəkildə dəstəklədiyi universitetlərin lisenziyalarına yenidən baxılması və potensial olaraq ləğv edilməsi imkanlarını müzakirə edirlər.
Musavat.com xəbər verir ki, bu barədə Axios portalı ABŞ Ədliyyə Departamentinin və Dövlət Departamentinin yüksək vəzifəli şəxslərinə istinadən məlumat yayıb.
Bu təşəbbüsün bir hissəsi kimi məhkəməyə çağırış və digər qanuni tədbirlərdən istifadə edilə bilər. Rəsmilərin dediyinə görə, hökumət tələbə vizaları ilə təhsil sistemindən ABŞ-də yaşamaq və işləmək üçün sui-istifadə edən çox adamın olduğunu müəyyən etdiyi hallarda bəzi məktəblər lisenziyalarından məhrum edilib.
"Əcnəbi tələbələrin təhsil aldığı hər bir təhsil müəssisəsi yoxlamadan keçəcək", - portal rəsmilərdən birinə istinadla yazır. Onun sözlərinə görə, əgər universitetdə çoxlu radikal düşüncəli tələbə aşkar edilərsə, bu, “təhsil müəssisəsinin lisenziyasının ləğvinə” səbəb ola bilər. Axios yazır ki, Los-Ancelesdəki Kaliforniya Universiteti və keçən il fələstinlilərə dəstək nümayişlərinin keçirildiyi Kolumbiya Universiteti administrasiya rəsmilərinin ən çox xatırladığı qurumlar arasındadır.
Musavat.com
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ