Onlayn ictimai-siyasi qəzet
HƏMAS 1 fevral tarixində azad ediləcək girovların siyahısını yayımlayıb.
Musavat.com xəbər verir ki, siyahıya İsrail vətəndaşları, eləcə də ABŞ və Fransa vətəndaşları daxildir.
Bu barədə HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları"nın nümayəndəsi Əbu Ubeydə Telegram kanalında məlumat yayıb.
"İsrail ilə razılaşma çərçivəsində 1 fevralda Ofer Kalderon, Kit Siqal və Yarden Bibası azad etməyi qərara aldıq," – deyə açıqlamada bildirilib.
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ