İnsanlara hürriyət, millətlərə istiqlal!

Həm suyu, həm də əti faydalıdır, lakin həddən artıq yemək...

Xaş qış aylarında bir çoxlarının sevərək daddığı yeməklər arasındadır.

O, bədənin bütün vitamin və mineral ehtiyacını qarşılayır.

Xüsusilə qış aylarında xəstəliklərdən qorunmaq və immuniteti gücləndirmək üçün istehlak edilir. Bəs, xaş orqanizm üçün həqiqətən faydalıdırmı?

Bəzən buna el arasında "Təbii antibiotik" də deyilir.

Xaşın həm əti, həm də suyu xeyli faydalıdır. Əsasən protein mənbəyidir. Bu da sümük inkişafında mühüm rol oyanıyır.

Tərkibindəki B vitamin qrupu (B12, B6), dəmir, sink kimi minerallar sinir sistemini sağlam edir və yeni qan hüceyrələrinin yaranmasına səbəb olur.

Xaşı da qaydasında yemək lazımdır. Həddindən artıq xaş yemək damarların tıxanmasına gətirib çıxara bilər.

Tərkibində zəngin omeqa-3 yağ turşuları olan qidalar ürək sağlamlığı və beyin funksiyalarının inkişafı üçün faydalıdır. Lakin xaşı istehlak edərkən son dərəcə diqqətli olmaq lazımdır.

Çünki xaş yüksək xolesterol və doymuş yağ ehtiva edə bilər. Bu vəziyyət bəzi insanlar, xüsusən də ürək xəstəliyi və ya yüksək xolesterolu olanlar üçün sağlamlıq riskləri yarada bilər.

DİQQƏT! Xaşın istehlakı zamanı insanın ümumi sağlamlığı, qidalanma vərdişləri və mövcud sağlamlıq şəraiti nəzərə alınmaqla aparılmalıdır. Həddindən artıq istehlakdan qaçınmaq və balanslı bir pəhrizin bir hissəsi kimi istehlak etmək vacibdir./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR