İnsanlara hürriyət, millətlərə istiqlal!

Həlak olan ekipaj üzvlərinin abidəsi nə zaman hazır olacaq? – Pilotun dostu danışdı

Aktauda təyyarə qəzasında həlak olan hər üç milli qəhrəmanın qəbirüstü abidəsi hazırlanacaq.

Bu barədə Musavat.com-a həlak olan pilot İqor Kşnyakinin yaxın dostu Qəzənfər Əhmədov deyib. O bildirib ki, hər üç abidə eyni formada olacaq:

“Hazırlıq gedir, hələ başlamayıblar. Abidənin hazırlanmasında İqorun hansı fotosundan istifadə ediləcəyini bilmirik, bizə bu barədə məlumat verməyiblər. Ehtimal ki, 6 ay müddətində hazır olacaq”.

Q. Əhmədov pilotun ailəsindən də söz açıb: “Xanımı indi yaxşıdır, stressdən çıxa bildi. Qızlarından biri pilot olmaq istəyir. İmtahana hazırlaşır”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. Ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Onlar ll Fəxri xiyabanda dəfn ediliblər.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR