İnsanlara hürriyət, millətlərə istiqlal!

Hekimyan: "Bayraq yandıransız da yarış təşkil etmək olardı"

Xəbər verdiyimiz kimi Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandallardan biri bayraqdarın əlindən Azərbaycan bayrağını alaraq yandırıb. Bu da azmış kimi polis bölməsinə aparılan Aram Nikolyan adlı həmin şəxs heç nə olmamış kimi sərbəst buraxılıb
Ermənistanda bu anormal və vəhşi davranışı alqışlayanlar çox olsa da, loyal düşünən siyasətçilər, hökuməti bu insidentə görə qınayanlar da var.

Məsələn, “Vətəndaş Hüquqlarının Müdafiəçisi” təşkilatının sədri Karen Hekimyan məsələ ilə bağlı "Mamul"a verdiyi açıqlamada deyib ki, bayraq yandırılmasaydı belə mediada başlıqlar Azərbaycan bayrağının İrəvanda ucaldılmasına dair olacaqd: “Bayraq yandırılmasaydı, nə olardı? "Azərbaycan bayrağı İrəvanın mərkəzində dalğalanır” və ya “Azərbaycanın dövlət bayrağı onların tarixi torpaqlarında dalğalanır” kimi başlıqlar olardı. Belə bir perspektiv kimsəni qane edə bilərmi? Halbuki tədbiri elə təşkil etmək mümkün idi ki, nə bayraqlar, nə də bayraq yandıran olardı. Necə? Qoy ölk rəhbərliyi bu barədə düşünsün. Təbii ki, əgər onların düşünmək qabiliyyəti varsa",- erməni hüquqşünas qeyd edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR