İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həkimlər dedi ki, ümid yoxdur" - Mətanət İsgəndərli

"Koronavirusa Moskvada yəhudilərin toyunda yoluxdum. Sonra eşitdim ki, toyda olan hamı xəstə imiş. Artıq həyatla vidalaşırdım".

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Evdəkilərə salam" verilişində deyib.

Müğənni koronavirusa yoluxmasından, keçirdiyi ağır günlərdən danışıb. O bildirib ki, virusa qatıldığı toy məclisində yoluxub:

"Kərimdə 40 faiz idi. Məndə isə daha çox oldu. Həkimlər dedi ki, gec gəlib, ümid yoxdur. Bütün günü yalvarırdım ki, Allah güc ver, vətənimə gedim. Halım qalmamışdı. Ölürdüm. Sonra yalvardım ki, Allah, mənə 1 ay möhlət ver. Qızım Ülkər hamilə idi, ağır keçirdirdi. Deyirdim, qızımın övladı olsun, sonra ölüm. Ölümə hazır idim. Allah mənə güc verdi, kəfəni yırtdım". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR