Onlayn ictimai-siyasi qəzet
“Artıq çəki ilə mübarizədə əsas düstur kalori defisiti yaratmaqdır. Yəni bədəndə yandırılan kalori qəbul ediləndən çox olmalıdır. Nəticədə artıq çəki dediyimiz iç və dərialtı yağlar toplanmağa imkan tapmadan parçalanır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, Novruz bayramında orqanizmdə karbohidrat axını baş verir. Dadlı şirniyyatlardan yan keçmək mümkünsüz görünür və nəticədə bel çevrənizin piylənməsi üçün ideal şərait yaranır.
Mütəxəssis-ekspert qeyd edib ki, insan beynində qarşıya qoyduğu problemin həlli üçün mütləq bir düstur olduqda onun həllinə çalışır. Əks halda nə edəcəyini bilmədikdə beyin yorulmasın deyə, özünü əziyyətə vermir və şəkərdən zövq almağa davam edir:
“Niyə mövzunu şəkər üzərində qurmuşuq. Çünki şəkəri insanın əsas zərərli vərdişi kimi qəbul etmək lazımdır. Burada digər sual meydana çıxır: bəs yağlar?
Yediyiniz hər paxlavanın və şəkərburanın hesabını kalori verərək ödəmək lazımdır. Bunun üçün yürüyüş etmək, aralıqlı ac qalmaq tövsiyə olunur. Yəni minimum 4 və 8-12 saatlıq ac qalmaqla bədəndə metabolizmi aktivləşdirə və yağları yandırmaq mümkündür. Hər gün aktiv templə ən azı 40 dəqiqə yürüş etmək həm fiziki, həm də psixoloji olaraq sağlam qalmağa faydalıdır”.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ