İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdə olan Adəm Məmmədovun ifadəsi alınıb

Vəkillik fəaliyyəti dayandırılmış və həbs edilmiş Adəm Məmmədov Baş Prokurorluğun əməkdaşı tərəfindən həbsxanada dindirilib.

Musavat.com-un əldə etdiyi məlumata görə, Adəm Məmmədov vətəndaşların şikayəti əsasında Baş Prokurorluğun əməkdaşı tərəfindən dindirilib.

Məlumata görə, vətəndaşlar müraciətində Adəm Məmmədovdan şikayətçi olaraq pullarını tələb edirlər.

Xatırladaq ki, Adəm Məmmədov və qardaşından şikayətçi vəkil Ceyhun Yusifov olub. Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.

Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 6 ay müddətə islah işləri cəzası verilib.

Xatırladaq ki, Ceyhun Yusifovla bağlı Adəm Məmmədovun qardaşının təsisçisi olduğu saytda məlumatlar yer almışdı. Ceyhun Yusifov bu məlumatların yalan və böhtan olduğunu bildirərək məhkəməyə üz tutmuşdu.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR