Onlayn ictimai-siyasi qəzet
Rusiya hüquq-mühafizə orqanları Dağıstanda yerləşən Abdulmanap Nurməhəmmədov idman klubunda ardıcıl bir neçə gün yoxlama aparıblar.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Mash teleqramn kanalı yayıb.
Kanal bildirir ki, bu gün güc strukturlarının nümayəndələrinin kluba gəlişi bilavasitə Həbib Nurməhəmmədovun axtarışı ilə bağlı olub. Onlar Həbiblə bir neçə gün əvvəl polisə hücum edən idmançı Hacımurad Kağırovla bağlı söhbət etmək istəyiblər.
Ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları Yusupov küçəsindəki zalda axtarış aparsalar da, heç nə tapa bilməyiblər. Mash-ın məlumatına görə, keçmiş UFC çempionu son vaxtlar Rusiyada olmayıb.
Nurməhəmmədovun ortağı Şamil Zavurov hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşə gəlib. Təhlükəsizlik qüvvələri keçmişdə Kagirovla əlaqədə ola biləcək idmançıları da qeydə alıb. Lakin onların heç biri saxlanılmayıb.
Məhv edilən terrorçu Kagirovun MMA döyüşçüsü olduğu və Nurməhəmmədovun klubunu təmsil etdiyi daha əvvəl bildirilmişdi.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ