İnsanlara hürriyət, millətlərə istiqlal!

HAZIRLIQLAR BAŞLADI - Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanında

Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanına gəlib. Prezident Volodimir Zelenskinin səfərinə hazırlıq başlanıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın baş nazirinin müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko yerli biznes nümayəndələri ilə görüşlər keçirdiyini bildirib.

Prezident Zelenskinin ölkəyə səfərinə hazırlıq üçün yaxın günlərdə növbəti danışıqların aparılması planlaşdırılır.

Ukrayna Prezident Ofisindən bildirilib ki, Rusiya nümayəndələri ilə müharibəni dayandırmaq üçün Ər-Riyadda danışıqlar planlaşdırılmır. Lakin məhz bu günlərdə orada ABŞ və Rusiya arasında danışıqların keçirilməsi nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR