İnsanlara hürriyət, millətlərə istiqlal!

Hayların və havadarların “humanitar” hay-həşiri - Əsas məsələ qidadırsa, yolun nə fərqi var?

10 noyabrda imzalanan üçtərəfli (Rusiya, Azərbaycan, Ermənistan) sazişdən sonra siyasi mövqe və dünyagörüşündən asılı olmayaraq azərbaycanlı siyasətçi və politoloqların ritorikasında belə bir qanadlı ifadə vardı: “Hərb meydanında “kim-kimi” məsələsi aydınlaşdı, görək, müharibənin diplomatiya müstəvisinə keçən mərhələsi necə olacaq”.

Gerçəkdən də, bu mərhələdəki mübarizənin qan-qadasız, faciəsiz, ölüm-itimsiz olması gözlənilsə də, ondan heç də daha az əsəb, vaxt, enerji aparmayacağı bəlli idi.

Budur, atəşkəs elan edilməsindən, bölgəyə “rus sülhməramlıları”nın gəlməsindən 2,9 il keçir, amma diplomatiya müstəvisində çarpışma yüksələn şiddətlə davam edir.

“Sülhməramlılar” erməni və azərbaycanlı hərbçilər arasında bufer olmaqla qalmır, arada ermənilər üçün qalxan, muzdlu daşıyıcı rolunu oynayır, bu xidmətləri qarşısında 3-5 rubl pul da qazanırlar. Onlara güvənən ermənilər isə, necə deyərlər, Allaha bəndəlik etmək istəmirlər.

Bu üzdən də 44 günə taleyi həll olunmuş hərbi münaqişənin yerdə qalan hissəsinin danışıqlar yolu həll olunması prosesi uzandıqca uzanır.

Atəşin kəsilməsindən bəri elə bir gün, həftə olmayıb ki, ermənilər sülh sazişinə aparan prosesin məcrasını dəyişdirmək üçün nəsə yeni bir məkrli plan, yeni bir hiylə düşünməsinlər. Heç nə olmayanda belə, sadəcə, “öldür məni oynamaram bu toyda” ovqatına qapılır, razılaşmaları pozmağa çalışırlar.

7777kl.JPG (29 KB)

İndi də ortaya “humanitar yardım" söhbəti atılıb. İrəvanda ərzaqla və digər zəruri tələbat malları ilə, ola bilər, hərbi səciyyəli yüklərlə doldurulmuş TIR-lar İrəvan-Laçın yolu boyunca ard-arda düzülərək sərhədimizə qədər irəliləyiblər. Məqsəd Azərbaycanın iradəsini heçə saymaq, öz sözünü yeritmək və bununla da bölgənin əsl “xozeyn”inin kim olduğunu dünyaya göstərməkdir.

Azərbaycan tərəfi Ermənistanın Qarabağdakı ermənilərə humanitar yardım aparmaq cəhdini siyasi spekulyasiya, şantaj və beynəlxalq icyimaiyyət üçün qurulan şou adlandırır və haqlıdır.

Aksiyanın yardımdan çox şou xarakteri daşıması ilk gündən bəllidir. TIR-lar necə doldurulur, necə yola düzəlir, bu barədə kimlər silsilə açıqlama verirlər və sair və ilaxır hərəkətlər hamısı videokameralar önündə edilir, dünya və Ermənistan ictimaiyyətinin diqqətinə çatdırılır.

Bir də o yüklü TIR-ları qəlbi təpə başından seyr edən avropalı missionerlər var. Böyük ehtimalla bu ideya elə onların başının altından çıxıb. Bu, məkrli plandır, dünyaya göstərmək istəyirlər ki, baxın, Ermənistan öz kiçik qardaşına – Xankəndi və onun ətrafındakı yaşayış məntəqələrində yaşayan ermənilərə tank-top, raket-dron göndərmir, eləcə, ərzaq, su, pampers, dərman göndərir, amma zalım Azərbaycan əjdaha kimi yolu kəsib.

6666hhjj.JPG (35 KB)

Haylar və havadarlar qopardıqları bu haray-həşirlə dünya ictimaiyyətinin, eləcə də qüdrətli dövlətlərin siyasi dairələrinin diqqətini Qarabağa cəlb etmək, onlarda acıma hissi yaratmaq, Azərbaycana qarşı hansısa bir sanksiya tətbiq edilməsinə nail olmaq düşüncəsindədırlər.

Özlərini yalandan tutsilərin, rohincaların, uyğurların yerinə qoyur, yazıqlanır, Azərbaycanı haqlıykən haqsız duruma salmaq istəyirlər. Hamısı qarğa-quzğun kimi ağız-ağız verib “humanitar fəlakət”dən danışır, sanki bölgədə “900 günlük Leninqrad mühasirəsi”nin eynisi yaşanır və Qarabağ erməniləri artıq aclıqdan it-pişik yemək həddinə gəliblər.

Əgər belə bir ciddi böhran varsa, o zəruri ərzaq mallarını başqa istiqamətdən almaq, yaxud humanitar yardımların yoxlanılmasına, sərhəddən qanuni şəkildə keçməsinə razılaşmaq nə çətin işdir ki? Bir halda ki, o tərəfdə aclıq çəkən var və ərzağı onlara çatdırmaq əsas məsələdir, o zaman Azərbaycan tərəfinin qanuni şərtlərini qəbul etmək elə də ağrılı və prinsipial məsələ olmamalıdır.

Ermənistan və Xankəndi rejimi, nəhayət, anlamalıdır ki, Dağlıq Qarabağ Ermənistanın anklavı deyil, bu bölgə Azərbaycanın sərhədləri daxilində olan və bu ölkənin yurisdiksiyasındakı mahallardan biridir, sadəcə olaraq qiyam qaldırıb və onun yenidən mərkəzə tabe olması zamanın axarına, proseslərin gedişinə buraxılıb.

Dünya erməniləri isə bütün gücləri ilə sübut etməyə çalışırlar ki, Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparıblar, onların orada qanuni haqları əmələ gəlib. Hətta ermənilər özlərini artıq Xankəndini Ermənistana birləşdiribmişlər kimi aparırlar.

Azərbaycanın Ağdam-Xankəndi yolu ilə bağlı təklifinə Ermənistanın və Qarabağdakı separatçıların münasibəti isə şovinizmin, irqçiliyin pikidir. Elə çıxır ki, onlar vaxtilə Ermənistan prezidenti olan Robert Koçaryanın erməniləri və azərbaycanlıları nəzərdə tutaraq “milli uyuşmazlıq” psevdonəzəriyyəsini üstün tuturlar, bu iki millətin heç bir halda yenidən bir arada, dinc, yanaşı yaşaması fikrini qəbul etmirlər.

Başqa sözlə, ermənilər üçün əsas məsələ qida ilə fasiləsiz təmin olunmaqdırsa, o qidanın hansı yolla gətirlməsinin fərqi olmamalıdır. Yox, əgər bunun ermənilər üçün ciddi fərqi varsa, demək, ortada başqa məkrli planlar, qeyri-sağlam niyyətlər var.

Azərbaycan Ermənistanın permanent təxribatlarına sona qədər dözməli, onların nazıyla oynamalı deyil. Yer üzündə özlərini bu qədər ərköyün, həmişə haqlı sayan ikinci bir qövm yoxdur. Sanki bütün qonşu ölkələr və bütün dünya bunlara borcludur, hamı bunları qorumalı, hər şeylə təmin etməlidir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR