İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava ilə əlaqədar narıncı xəbərdarlıq verildi

Dekabrın 14-də Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Musavat.com-a verilən məlumata görə, narıncı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürəti 20,8-25 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risklər gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR