İnsanlara hürriyət, millətlərə istiqlal!

Harri ehtiyat varis və qardaşının donoru olacaqmış - Şahzadə açıqlamaları

Britaniya kral ailəsinin sirlərini açıqlamasıyla gündəmdən düşməyən şahzadə Harri uşaqlıq travmaları ilə bağlı verdiyi detallarla mübahisə yaratmağa davam edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, kral ailəsindəki vəzifələrini tərk edərək aktrisa həyat yoldaşı Meqan Marklla birlikdə ABŞ-da məskunlaşan Harrinin yeni nəşr olunmuş “Spare” ("Ehtiyat") memuar kitabından açıqlamalar oxucuları heyrətləndirməkdədir.

Şahzadə kitabında qeyd edib ki, onun doğuluş səbəbi böyük qardaşı, hazırda taxtın bir nömrəli varisi olan şahzadə Uilyamın xəstələnə biləcəyinə görə olub. 38 yaşlı şahzadə qardaşının böyrək və ya qana ehtiyacı olduğu halda ehtiyat tədbiri olaraq orqanlarını bağışlamaq üçün doğulduğunu və bunu uşaqlıqdan bildiyini iddia edib.

Kitabında uşaqlığının təfərrüatlarını və böyük qardaşı ilə keşməkeşli münasibətini təsvir edən Harri qeyd edib ki, hətta ailə üzvləri də açıq şəkildə Uilyamın vəliəhd, onun isə əvəzedici varisin olduğunu bildiriblər.

Durumunun "zəruri hallarda qardaşını əyləndirmək və orqanlarını bağışlamaq" olduğunu bildirən Harri yazıb ki, o doğulanda atası Çarlz anasına - şahzadə Dianaya deyib: "Əla, sən mənə bir varis verdin. Ehtiyat varis. Artıq işim bitib”.

Şahzadə mübahisə zamanı özündən 2 yaş böyük olan böyük qardaşı Uilyam tərəfindən döyüldüyünü də yazıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR